Türkiyədə bu gün koronavirusdan 86 nəfər vəfat edib

Türkiyədə bu gün koronavirusdan 86 nəfər  vəfat edib
# 17 fevral 2021 23:54 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 86 nəfər vəfat edib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 7325 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7 209, ağır xəstələr isə 1193 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 609 359 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 496 833 nəfər sağalıb, 27 738 nəfər isə həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR