Türkiyədə cümə namazları təxirə salınıb

Türkiyədə cümə namazları təxirə salınıb
# 16 mart 2020 17:11 (UTC +04:00)

Türkiyədə camaat və cümə namazları müvəqqəti olaraq təxirə salınıb.

APA-nın yerli bürosunun NTV telekanalına istinadla xəbərinə görə, bu barədə Türkiyənin Diyanət İşləri başqanı Əli Ərbaş bildirib.

O deyib ki, koronavirus təhlükəsi ilə əlaqədar müvafiq qərar qəbul edilib.

Ə. Ərbaş qeyd edib ki, məscidlərdə sanitar-epidemioloji qaydalara əməl olunacaq və məscidlər fəaliyyətini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR