Türkiyədə ev yanıb, bir ailədən 5 nəfər ölüb

Türkiyədə ev yanıb, bir ailədən 5 nəfər ölüb
# 11 avqust 2020 21:36 (UTC +04:00)

Türkiyənin Çorum vilayətinin Bayat rayonunda 2 mərtəbəli taxta evdə yanğın baş verib, nəticədə 5 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, səbəbi bilinməyən yanğın zamanı əvvəl ata və 2 uşaq yanaraq ölüb.

Ailənin yanan digər iki uşağı və ana xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq uşaqların həyatını xilas etmək mümkün olmayıb.

Yanğından daha 2 mənzil zərər çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR