Türkiyədə hoteldə bir polisi öldürüb, digərini yaralayan şəxs tutulub - YENİLƏNİB

Türkiyədə hoteldə bir polisi öldürüb, digərini yaralayan şəxs tutulub - YENİLƏNİB
  • Clock-gray 16:28
  • calendar-gray 03 Dekabr 2020

Türkiyənin Qəhrəmanmaraş vilayətində silahlı insident törədən və polisi öldürən şəxs saxlanılıb.

APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, polisə Antalyada qətl törədək qaçmış 22 yaşlı Muammer Qaradaşın Qəhrəmanmaraşda hoteldə gizləndiyi barədə məlumat daxil olub. Polis onun saxlanılması istiqamətində tədbirlərə başlayıb. Əməliyyatdan xəbər tutam təqsirləndirilən şəxs adlı şəxs hoteldən qaçmağa cəhd edib. Bu zaman qarşısına çıxan iki polisə atəş açıb. Xəstəxanaya çatdırılan polislərdən biri aldığı gülə yarasından orada keçinib. Muammer Qaradaş isə saxlanılıb.

***

13.10

Türkiyənin Qəhrəmanmaraş vilayətində silahlı insident baş verib.

APA yerli mətbuata istinadən xəbər verir ki, polis əməkdaşları vilayətin Dulkadiroğlu rayonunda bir hotelə silahlı hücum olması məlumatı əsasında hadisə yerinə gedib. Hoteldəki silahlı şəxslər polisin dayanmaq barədə əmrinə tabe olmayıb, onlara atəş açıblar. Nəticədə 2-si polis əməkdaşı olmaqla 5 nəfər yaralanıb.

Hotelə mühasirəyə alınıb, silahlı şəxslərin yaxalanması və zərərsizləşdirilməsi istiqamətində tədbirlər davam edir.

apa-logo-mini

Digər xəbərlər