Türkiyədə iki yük qatarı toqquşub, xəsarət alanlar var

Türkiyədə iki yük qatarı toqquşub, xəsarət alanlar var
# 14 aprel 2021 10:15 (UTC +04:00)

Türkiyədə iki yük qatarının toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

APA-nın “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, hadisə Adananın Pozantı rayonunda qeydə alınıb.

Ankara-Niğde istiqamətində hərəkətdə olan iki yük qatarı hələlik məlum olmayan səbəbdən toqquşub, 8 vaqon relsdən çıxıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Qəza nəticəsində xəsarət alan 2 maşinist xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR