Türkiyədə koronavirusa qarşı vaksinasiya prosesinə başlanılıb

Türkiyədə koronavirusa qarşı vaksinasiya prosesinə başlanılıb
# 14 yanvar 2021 11:29 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, ilk olaraq tibb işçilərinin peyvəndlənməsinə start verilib.

Tibb işçilərindən sonra yaşlı insanlar peyvənd olunacaq.

Qeyd edək ki, Türkiyədə vaksinasiya prosesində Çinin “Sinovak” əczaçılıq korporasiyası tərəfindən hazırlanmış “Koronavak” inaktiv peyvəndindən istifadə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR