Türkiyədə koronavirusdan bu gün 17 nəfər ölüb

Türkiyədə koronavirusdan bu gün 17 nəfər ölüb
  • Clock-gray 22:04
  • calendar-gray 20 İyul 2020

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 17 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. 

Nazir bildirib ki, son 24 saatda 43 404 şübhəli koronavirus testindən keçib, onlardan 931-nin cavabı pozitiv çıxıb. Bu gün daha 992 xəstə sağalıb.

Türkiyədə indiyədək 220 572 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5508 nəfər ölüb, 203 002 nəfər müalicə olunaraq evə buraxılıb. 

 

Sevil Ünal Hilalqızı

Digər xəbərlər