Türkiyədə koronavirusdan bu gün 17 nəfər ölüb

Türkiyədə koronavirusdan bu gün 17 nəfər ölüb
  • Clock-gray 22:02
  • calendar-gray 26 İyul 2020

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 17 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. 

Nazir bildirib ki, son 24 saatda 40 016 şübhəli koronavirus testindən keçib, onlardan 927-nün cavabı pozitiv çıxıb, bu gün daha 1010 xəstə sağalıb.

Türkiyədə indiyədək 226 100 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5613 nəfər ölüb, 209 487 nəfər müalicə olunaraq evə buraxılıb.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər