Türkiyədə koronavirusdan daha 15 nəfər ölüb

Türkiyədə koronavirusdan daha 15 nəfər ölüb
# 14 iyun 2020 21:41 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 15 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 45176 şübhəli koronavirus testindən keçib, onlardan 1562-nin cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4807 nəfər ölüb, 178239 nəfər bu infeksiyaya yoluxub, 151417 nəfəri isə müalicə olunub.

Nazir bildirib ki, Türkiyədə bu gün infeksiyaya yoluxma sayı sağalan xəstə sayını keçib, 1330 xəstə sağalaraq evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR