Türkiyədə koronavirusdan daha 17 nəfər ölüb

Türkiyədə koronavirusdan daha 17 nəfər ölüb
# 10 iyun 2020 21:14 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bir gündə 17 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurmunun toplantısından sonra bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 36521 şübhəli koronavirus testindən keçib, onlardan 922-nin cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4746 nəfər ölüb, 173 036 nəfər bu infeksiyaya yoluxub, 146 839 nəfəri isə müalicə olunub.

Nazir bildirib ki, intensiv terapiyada olan xəstə sayı azalıb, evə buraxılan xəstə sayı isə artıb. Bu gün 2241 xəstə sağalaraq evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR