Türkiyədə koronavirusdan daha 24 nəfər ölüb

Türkiyədə koronavirusdan daha 24 nəfər ölüb
  • Clock-gray 21:06
  • calendar-gray 24 İyun 2020

 

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 24 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurmunun toplantısından sonra belə bildirib. 

Nazir qeyd edib ki, son 24 saatda 53486 şübhəli koronavirus testindən keçib, onlardan 1492-nin cavabı pozitiv çıxıb. Bu gün 1386 xəstə sağalıb. 

Türkiyədə yeni növ koronavirusdan indiyədək 5025 nəfər ölüb, 191657   nəfər bu infeksiyaya yoluxub, 164234 nəfəri isə müalicə olunub.

 

Sevil Ünal Hilalqızı

Digər xəbərlər