Türkiyədə koronavirusdan daha 61 nəfər ölüb

Türkiyədə koronavirusdan daha 61 nəfər ölüb
# 03 may 2020 20:18 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 61 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. Nazir qeyd edib ki, son 24 saatda 24001 şübhəli şəxs koronavirus testindən keçib, onlardan 1670-nin cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 3397 nəfər ölüb, 126045 nəfər bu infeksiyaya yoluxub, 63151 nəfəri isə müalicə olunub. Bu gün 4892 xəstə evə buraxılıb.

Fəxrəddin Qoca bildirib ki, Türkiyədə ilk dəfə koronovirusdan müalicə olunub evə buraxılan xəstə sayı hazırda müalicə olunan xəstə sayını keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR