Türkiyədə koronavirusdan daha 85 nəfər ölüb

Türkiyədə koronavirusdan daha 85 nəfər ölüb
# 09 noyabr 2020 21:13 (UTC +04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 85 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən belə bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 145 411 şübhəli koronavirus testindən keçib, onlardan 2047-nin cavabı pozitiv çıxıb, 2047 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 2867 nəfər olub.

Türkiyədə ümumilikdə 396 831 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 10972 nəfər ölüb.

Nazir dünənlə müqayisədə ağır xəstə sayının daha da artmasından narahatlığını bildirib və tibbi maskadan düzgün istifadə edilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, dünən Türkiyədə COVID-19-a yoluxan ağır xəstə sayı 2740 nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR