Türkiyədə koronavirusdan ölənlərin sayı 1769-a çatıb

Türkiyədə koronavirusdan ölənlərin sayı 1769-a çatıb
# 17 aprel 2020 18:57 (UTC +04:00)

Son sutka ərzində Türkiyədə koronavirusdan 126 nəfər vəfat edib.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca mətbuat brifinqində deyib. Ölkədə koronavirusdan ölənlərin sayı 1769 nəfərə yüksəlib.
Səhiyyə naziri bildirib ki, son 24 saat ərzində 4353 yeni yoluxma faktı qeydə alınıb ki, bununla da Türkiyədə indiyədək koronavirusa yoluxanların sayı 78546-ya çatıb.
Son 24 saatda 1542 nəfər sağalıb və bununla da indiyədək koronavirusdan sağalanların sayı 8631 nəfərə çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR