Türkiyədə ölkə boyu toy, nişan və digər mərasimlər qadağan olunacaq

Türkiyədə ölkə boyu toy, nişan və digər mərasimlər qadağan olunacaq
  • Clock-gray 05:16
  • calendar-gray 03 Sentyabr 2020

Sentyabrın 4-dən Türkiyədə toy, nişan, xınayaxdı s. və bu kimi mərasimlər müvəqqəti olaraq keçirilməyəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın  təlimatına əsasən, toy mərasimləri yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində nikah bağlanmaqla 1 saatadək başa çatacaq. 

Bununla əlaqədar Türkiyə Daxili İşlər Nazirliyi 81 vilayətin valiliyinə sərəncam göndərib. 

Sərəncama görə, bəylə gəlinin birinci dərəcəli yaxın qohumlarının yaşı 65-dən yuxarı, 15-dən aşağı olarsa, nikah mərasiminə buraxılmayacaq. Nikah mərasimində rəqslər, kütləvi yemək-içmək qadağandır.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər