Türkiyədə qar uçqunu altında qalan daha bir əsgərin meyiti tapılıb

Türkiyədə qar uçqunu altında qalan daha bir əsgərin meyiti tapılıb
  • Clock-gray 12:25
  • calendar-gray 28 Dekabr 2020

Hakkarinin Semdinli rayonunda qar uçqunu altında qalan daha bir əsgərin meyiti tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi (TMN) məlumat yayıb.

Qeyd edək ki, dünən güclü qar yağması nəticəsində Semdinlidə yerləşən hərbi bazanın yolunu açmaq üçün əsgərlərin xidmətindən də istifadə olunub. Əsgərlər yolu açarkən qar uçqunu baş verib, 2 əsgər uçqun altında qalıb. Dünən onlardan birinin meyiti tapılıb.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər