Türkiyədə səlahiyyətlərinə xitam verilən deputatların 1-i saxlanılıb, 2-si həbs edilib - YENİLƏNİB-2

Türkiyədə səlahiyyətlərinə xitam verilən deputatların 1-i saxlanılıb, 2-si həbs edilib  - YENİLƏNİB-2
  • Clock-gray 01:50
  • calendar-gray 05 İyun 2020

Türkiyədə səlahiyyətinə xitam verilən deputatların üçüncüsü də bu gün həbs edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Cümhuriyyət Xalq Partiyasından (CHP) deputat seçilən Enis Berberoğlu İstanbulda saxlanıb.

***

01:38

Türkiyədə səlahiyyətinə xitam verilən deputatlardan daha bir nəfəri bu gün həbs edilib. 

APA-nın yerli bürosunun xəbərinə görə, Xalqların Demokratik Partiyasını (HDP) təmsil edən Leyla Güvən Diyarbəkirdəki evində, yerli vaxtla saat 22:50-də polis tərəfindən saxlanılıb. 

Diyarbəkir Prokururluğu Leyla Güvən və Musa Farisoğulları barəsində həbs qərarı verib.

***

4 iyun, saat 23:31

Türkiyədə bu gün deputat səlahiyyətinə xitam verilən 3 nəfərdən biri həbs olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, Xalqların Demokratik Partiyasından (HDP) deputat seçilən Musa Farisioğulları Ankaraya gedərkən Diyarbəkirdə saxlanılaraq Polis İdarəsinə aparılıb.

***

16:49

Türkiyədə 3 deputatın səlahiyyətlərinə xitam verilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə qərar Türkiyə Böyük Millət Məclisində elan olunub. Qərarda bildirilib ki, barələrində cinayət işi başlamış həmin deputatlar məhkəmənin qərarı ilə həbsə məhkum ediliblər. Türkiyə Ali Məhkəməsi (Yarğıtay) həbs qərarını qüvvədə saxlayıb. Bununla da həmin deputatların statusları ləğv edilib.

Qərara əsasən, Cümhuriyyət Xalq Partiyasından (CHP) deputat seçilən Enis Berberoğlu, Xalqların Demokratik Partiyasından (HDP) deputat seçilən Leyla Güven və Musa Farisioğullarının səlahiyyətlərinə xitam verilib.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər