Türkiyədə son sutkada 15 nəfər koronavirusdan ölüb

Türkiyədə son sutkada 15 nəfər koronavirusdan ölüb
  • Clock-gray 21:19
  • calendar-gray 11 Avqust 2020

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 15 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. 

Nazir bildirib ki, son 24 saatda 61 716 şübhəli koronavirus testindən keçib, onlardan 1183-nün  cavabı pozitiv çıxıb, ağır xəstə sayı 617 nəfər olub, 1185 xəstə isə sağalaraq evə buraxılıb. 

Türkiyədə ümumilikdə 243 180  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 5873  nəfər ölüb.

Nazir bildirib ki, son 3 gündə ən çox yoluxma sayı 5 vilayətdə - İstanbul, Ankara, Konya, Diyarbəkir və Şanlı Urfada qeydə alınıb. 

 

Sevil Ünal Hilalqızı

Digər xəbərlər