Türkiyədə son sutkada koronavirusdan 123 nəfər ölüb

Türkiyədə son sutkada koronavirusdan 123 nəfər ölüb
  • Clock-gray 20:32
  • calendar-gray 19 Noyabr 2020

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 123 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca koronavirusla bağlı son statistikanı açıqlayarkən bildirib. 

Nazir qeyd edib ki, son 24 saatda 157 756 şübhəli koronavirus testindən keçib, onlardan 4542-nin cavabı pozitiv çıxıb, 2918 xəstə isə sağalaraq evə buraxılıb. Sağalan xəstələr ümumilikdə 364 573 nəfərdir. Ağır xəstə sayı isə 3850 nəfər olub.   

Türkiyədə indiyədək 430 170 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 11 943 nəfəri ölüb.

 

Sevil Ünal Hilalqızı

Digər xəbərlər