Türkiyədə son sutkada koronavirusdan 22 nəfər ölüb

Türkiyədə son sutkada koronavirusdan 22 nəfər ölüb
# 21 avqust 2020 21:42 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 22 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 92 227 şübhəli koronavirus testindən keçib, onlardan 1203-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 749 nəfər olub, 772 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 255 723 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 6080 nəfər ölüb.

Nazir ağır xəstə sayının artmasından narahatlığını ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR