Türkiyədə son sutkada koronavirusdan 63 nəfər ölüb

Türkiyədə son sutkada  koronavirusdan 63 nəfər ölüb
# 14 sentyabr 2020 21:39 (UTC +04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 63 nəfər ölüb.

APA Türkiyənin covid19.saglik.gov.tr saytına istinadən xəbər verir ki, son 24 saatda 12 563 şübhəli koronavirus testindən keçib.

Onlardan 1716-nın cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1301 nəfər olub, 1225 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 292 878 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 260 058 nəfər sağalıb, 7119 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR