Türkiyədə son sutkada rekord sayda koronavirusa yoluxma hadisəsi qeydə alınıb

Türkiyədə son sutkada rekord sayda koronavirusa yoluxma hadisəsi qeydə alınıb
# 31 mart 2021 23:46 (UTC +04:00)

Türkiyədə pandemiya başlayandan bəri rekord həddə sutkalıq koronavirusa yoluxma qeydə alınıb.

APA “DHA”-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

"Bu gün ölkədə 39 302 yeni koronavirusa yoluxma, 152 ölüm hadisəsi təsdiq edilib. 2082 xəstənin vəziyyəti ağırdır. Ümumilikdə koronavirusdan ölən xəstələrin sayı 31 537 nəfərə çatıb", deyə nazirliyin açıqlamasında vurğulanıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi yoluxma sayının artması səbəbindən həftə sonları axşam saat 9-dan səhər 5-dək Türkiyənin əksər əyalətlərində yenidən komendant saatının tətbiq edildiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR