Türkiyədə sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbi açıqlanıb

Türkiyədə sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbi açıqlanıb
# 11 mart 2020 18:55 (UTC +04:00)

Fevralın 5-də Sabiha Gökçen hava limanında İzmir-İstanbul reysini həyata keçirən "Pegasus" Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbi məlum olub.

APA-nın “Hürriyyət”ə istinadən verdiyi xəbərə görə, “qara qutu”dakı səs yazılarına əsasən, təyyarəni ildırım vurduğu üçün problem yaranması ehtimalına görə pilotlar stressə düşüb, tez eniş etmək qərarına gəliblər.

Qeyd edək ki, İstanbulda Sabiha Gökçen hava limanında İzmir-İstanbul reysini həyata keçirən sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində 179 nəfər yaralanıb, 3 nəfər isə ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR