Türkiyədə sutka ərzində COVID-19-dan 168 nəfər ölüb

Türkiyədə sutka ərzində COVID-19-dan 168 nəfər ölüb
# 16 yanvar 2021 21:11 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 168 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 7 550 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8 005, ağır xəstələr isə 2 265 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 380 665 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 254 052 nəfər sağalıb, 23 832 nəfər isə ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR