Türkiyədə turistləri daşıyan avtobuslar qəzaya uğrayıb, 1 nəfər ölüb, 46 nəfər yaralanıb

Türkiyədə turistləri daşıyan avtobuslar qəzaya uğrayıb, 1 nəfər ölüb, 46 nəfər yaralanıb
# 10 aprel 2021 13:18 (UTC +04:00)

Türkiyədə turistləri daşıyan avtobuslar qəzaya uğrayıb, ölən və yaralananlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, Konya vilayətində iki yol qəzası nəticəsində ümumilikdə 1 nəfər ölüb, 46 nəfər yaralanıb.

Belə ki, qarlı hava şəraitində Konyada turist avtobusu dərəyə aşıb. Nəticədə 34 nəfər yaralanıb. Bir nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Antalyadan İzmirə gedən turistləri daşıyan avtobus da dərəyə aşıb. Yol qəzası nəticəsində 43 yaşlı rus turist ölüb, 12 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR