Türkiyədə xilasetmə işləri yekunlaşıb, zəlzələdə ölənlərin sayı 41-ə çatıb - YENİLƏNİB

Türkiyədə xilasetmə işləri yekunlaşıb, zəlzələdə ölənlərin sayı 41-ə çatıb - YENİLƏNİB
  • Clock-gray 16:47
  • calendar-gray 27 Yanvar 2020

Türkiyədə dağıntılar altında qalmış sonuncu şəxsin də meyiti çıxarılıb.

APA-nın məlumatına görə, zəlzələdə ölənlərin sayı 41-ə çatıb. Bununla da, axtarış-xilasetmə işləri yekunlaşıb.

Təbii fəlakət nəticəsində Elazığda 37, Malatyada isə 4 nəfər ölüb.

Zəlzələ nəticəsində 1607 nəfər xəsarət alıb, 45 nəfər dağıntılar altından sağ çıxarılıb.

Xatırladaq ki, yanvarın 24-də yerli vaxtla saat 20:55-də Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

***

15.25

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində Elazığda 36 nəfər, Malatyada isə 4 nəfər ölüb.

Zəlzələ nəticəsində 1607 nəfər xəsarət alıb.

İndiyə kimi dağıntılar altından 45 nəfər xilas edilib.

Xatırladaq ki, yanvarın 24-də yerli vaxtla saat 20:55-də Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

apa-logo-mini

Digər xəbərlər