Türkiyədə yeni tədris ili avqustun 31-dən başlayacaq

Türkiyədə yeni tədris ili avqustun 31-dən başlayacaq
# 03 iyul 2020 19:20 (UTC +04:00)

Türkiyədə 2020/2021 tədris ili avqustun 31-dən başlayacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Təhsil Nazirliyinin Orta məktəblər üzrə şöbəsinin baş direktoru Cengiz Mete bildirib.

O deyib ki, Türkiyə Səhiyyə Nazirliyi nəzdində yeni növ koronavirusla mübarizə tədbirləri çərçivəsində fəaliyyət göstərən Elm Qurumunun tövsiyələri nəzərə alınmaqla, Təhsil Nazirliyi tərəfindən belə bir qərar verilib.

Baş direktor qeyd edib ki, bununla əlaqədar Təhsil Nazirliyi Türkiyənin 81 vilayətinə bildiriş göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR