Türkiyədə yol qəzasında 4 nəfər ölüb, 8 nəfər yaralanıb

Türkiyədə yol qəzasında 4 nəfər ölüb, 8 nəfər yaralanıb
# 13 fevral 2020 11:54 (UTC +04:00)

Türkiyədə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə İzmir şəhərinin Bergama rayonunda qeydə alınıb.

Qızıl mədəninin işçilərini daşıyan avtobusla yük avtomobili toqquşub. Qəza nəticəsində 4 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR