Türkiyədə yol qəzasında 5 nəfər ölüb, 15 nəfər yaralanıb

Türkiyədə yol qəzasında 5 nəfər ölüb, 15 nəfər yaralanıb
# 02 aprel 2020 18:24 (UTC +04:00)

Türkiyədə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, qəza Hatay vilayətinin İsgəndərun rayonunda qeydə alınıb.

Ağır tonnajlı yük avtomobilinin sürücüsü idarəetməni itirib, nəqliyyat vasitəsi koronovirusla mübarizə ilə əlaqədar xidmət göstərən 10 avtomobilə çırpılıb.

Nəticədə 5 nəfər ölüb, 15 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR