Türkiyədən Yunanıstan və Bolqarıstana 148 763 miqrant keçib

Türkiyədən Yunanıstan və Bolqarıstana 148 763 miqrant keçib
# 08 aprel 2020 12:56 (UTC +04:00)

Türkiyədən Yunanıstan və Bolqarıstana keçən miqrantların sayı açıqlanıb.

APA-nın xəbərinə görə, Türkiyənin Müdafiə naziri Hulusi Akar “TRT Haber”ə müsahibəsində bildirib ki, fevralın 28-dən indiyə kimi 148 763 miqrant Yunanıstan və Bolqarıstan keçib.

O deyib ki, yanvarın 1-dən bu günə kimi hərəkat bölgələrində 903 terrorçu zərərsizləşdirilib.

Nazirin sözlərinə görə, bundan başqa, yanvarın 1-dən bu gün qədər 59 quru, 90 hava əməliyyatı həyata keçirilib ki, nəticədə 200 terrorçu zərərsizləşdirilib.

H. Akar Suriyanın şimalında, İdlib vilayətində gərginliyin azaldığını vurğulayıb.

O qeyd edib ki, aprelin 15-də NATO Müdafiə nazirlərinin videokonfrans vasitəsilə iclası keçiriləcək.

Nazir koronavirusla mübarizə çərçivəsində orduda müvafiq addımların atıldığını da vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR