Türkiyəli nazir: “Başqaları ilə müqayisədə Türkiyə ordusunda koronavirusa yoluxma azdır”

Türkiyəli nazir: “Başqaları ilə müqayisədə Türkiyə ordusunda koronavirusa yoluxma azdır”
# 20 may 2020 17:11 (UTC +04:00)

“Suriya və İraqın şimalında terrorla mübarizəmiz davam edir. Yanvarın 1-dən bu günə kimi 1411 terrorçu zərərsizləşdirilib”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

Nazir yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində görülən işlərdən də danışıb.

H. Akar qeyd edib ki, başqa ordularla müqayisədə Türkiyə Silahlı Qüvvələrində koronavirusa yoluxma halları azdır.

“Bu, həqiqətən böyük uğurdur”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR