Türkiyəli nazir: Fərman İsmayılovun nəşinin olduğu gəmi Qabonun Gentil limanında lövbər salıb

Türkiyəli nazir: Fərman İsmayılovun nəşinin olduğu gəmi Qabonun Gentil limanında lövbər salıb
  • Clock-gray 13:56
  • calendar-gray 24 Yanvar 2021

Yanvarın 23-də Nigeriya sahillərində heyət üzvləri dəniz quldurları tərəfindən qaçırılan "Mozart" gəmisi bu gün saat 11.00-da Qabonun Gentil limanında lövbər salıb.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.

Gəmidə azərbaycanlı mühəndis Fərman İsmayılovun nəşi var və 3 heyət üzvü var. A.Karaismailoğlu gəmidə öldürülən azərbaycanlı mühəndislə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Nazir deyib ki, dəniz quldurlarının girov götürdüyün 15 heyət üzvünün azad edilməsi üçün bütün imkanlar səfərbər edilib.

Xatırladaq ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.

Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər