Türkiyənin 81 vilayətində koronavirusa qarşı yeni qaydalar tətbiq edilir

Türkiyənin 81 vilayətində koronavirusa qarşı yeni qaydalar tətbiq edilir
# 08 avqust 2020 07:13 (UTC +04:00)

Türkiyədə toy, nişan və s. bu kimi mərasimlərdə yeni növ koronavirusla (COVID-19) mübarizə qaydalarına əməl etməyənlər cəzalandırılacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin 81 vilayətə göndərdiyi sərəncamda bildirilib.

Qeyd olunub ki, COVID-19-la mübarizə ilə əlaqədar 7-9 avqust tarixlərində DİN sınaq təcrübəsi keçirəcək və bu müddət ərzində yuxarıda adıçəkilən mərasimlərdə kütləvi tətbiq olunan maska, sosial məsafə, sanitar-gigiyenik tələblərə əməl etməyənlərə cəza tətbiq olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR