Türkiyənin Malatya bölgəsində 4 bal gücündə zəlzələ olub

Türkiyənin Malatya bölgəsində 4 bal gücündə zəlzələ olub
# 23 avqust 2020 23:35 (UTC +04:00)

Türkiyənin Malatya vilayətinin Pütürge rayonunda 4 bal gücündə zəlzələ olub.

APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla 21.56-da yerin 11.89 kilometr dərinliyində baş verib. Təkanlar Malatyada, eləcə də ətraf rayonlarında da hiss edilib.

Qeyd edək ki, Pütürge Malatyanın ən seysmoaktiv bölgələrindən biridir. Bu il yanvarın 24-də episentri Sivrice olmaqla 6.8 maqnitudada zəlzələ olub. Elazığda 37, Malatyada isə 4 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR