Türkiyənin Sivas vilayətində son 3 gündə koronavirusa yoluxma qeydə alınmayıb

Türkiyənin Sivas vilayətində son 3 gündə koronavirusa yoluxma qeydə alınmayıb
# 04 may 2020 02:10 (UTC +04:00)

Türkiyənin Sivas vilayətində son 3 gündə yeni növ koronovirusa (COVID-19) yoluxma halı qeydə alınmayıb.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Sivas Valiliyi sosial şəbəkədə məlumat yayıb.

Açıqlamada qeyd olunub ki, Sivas əhalisinin böyük əksəriyyəti COVID-19-la mübarizə tədbirlərinə düzgün riayət edir: “Son 3 gündə xəstəliyə yoluxmama halı bunun bariz nümunəsidir. Bütün sivaslılara təşəkkür edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR