Türkiyənin Van vilayətində 4,7 bal gücündə zəlzələ olub

Türkiyənin Van vilayətində 4,7 bal gücündə zəlzələ olub
# 03 aprel 2020 11:44 (UTC +04:00)

Türkiyənin Van vilayətinin Tuşba rayonunda 4,7 bal gücündə zəlzələ olub.

APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla 08.44-də yerin 12.99 kilometr dərinliyində baş verib.

Zəlzələ Vanın mərkəzi, eləcə də ətraf rayonlarında da hiss edilib.

Hər hansı dağıntı və itki haqqında məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR