Türkiyənin müdafiə naziri: “S-400-ü satmaq üçün yox, istifadə etmək üçün almışıq”

Türkiyənin müdafiə naziri: “S-400-ü satmaq üçün yox, istifadə etmək üçün almışıq”
# 18 dekabr 2020 11:36 (UTC +04:00)

S-400-ü ölkəmizin və millətimizin havadan müdafiəsi üçün almışıq.

APA-nın “haber7.com”a istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, S-400 hava hücumundan müdafiə sistemini Rusiyadan istifadə etmək üçün alıblar.

"S-400-ün başqa ölkələrə satılması gündəmdə yoxdur”, - deyə Türkiyənin milli müdafiə naziri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR