Türkiyənin vilayətlərinə giriş-çıxış qadağası ləğv olunub

Türkiyənin vilayətlərinə giriş-çıxış qadağası ləğv olunub
# 01 iyun 2020 08:00 (UTC +04:00)

Türkiyənin 15 vilayətinə giriş-çıxıç qadağası bu gecədən başlayaraq ləğv edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, iyunun 1-dən restoran, kafe, çayxanalar, dərnək və klublar (nərd, kart və digər oyun yerləri, qəlyan satışları və sair istisna olmaqla), sürücü, xarici dil, kompüter kursları, uşaq bağçaları, kitabxanalar, muzeylər, açıq havada konsert yerləri açılır.

Həmçinin, həmin tarixdən qapalı hovuzlar, müalicəvi sular yerləşən istirahət mərkəzləri, türk hamamı, sauna, SPA mərkəzləri, parklar, bağçalar, gəzinti sahələri, dəniz kənarları və çay sahillərində balıq tutmaq yerləri, çimərliklər, gəzinti yerləri və park kənarlarındakı qaçış yerləri fəaliyyətə başlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR