Türkmənistanda ilk dəfə parlamentin yuxarı palatasına seçki keçirilir

Türkmənistanda ilk dəfə parlamentin yuxarı palatasına seçki keçirilir
# 28 mart 2021 12:20 (UTC +04:00)

Türkmənistan tarixində ilk dəfə olaraq parlamentin (Milli Qenqeş) yuxarı palatasına seçki keçirilir.

APA-nın TASS-a istinadən xəbərinə görə, 48 mandat uğrunda 29-u qadın olmaqla, ümumilikdə 112 namizəd mübarizə aparır.

Türkmənistan digər Türk dövlətləri arasında unikal sayıla biləcək seçki sisteminə malikdir. Belə ki, 2019-cu ilin sentyabr ayınadək vahid palatalı parlament sistemi tətbiq edilən prezident Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə ikipalatalı sistemə keçilib. Bundan əlavə, Xalq Məsləhəti Şurası və Məclisin funksiyaları dəqiqləşdirilib.

Belə ki, bundan sonra Məclis parlamentin aşağı, Xalq Məsləhəti Şurası parlamentin yuxarı, Məclis isə aşağı palataları formatında fəaliyyət göstərəcək. Seçki prosesinə gəlincə, Aşqabad və digər 5 vilayətdə 6 seçki məntəqəsi yaradılacaq.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, namizədlərin siyahısına Xalq Məsləhəti şurasının 240 üzvünün də adları daxil ediləcək. Səsvermə prosesinin gedişatını isə 440 yerli müşahidəçi izləyəcək. Prosesə xarici müşahidəçilər dəvət olunmayıb.

Qeyd edək ki, ikipalatalı qanunverici orqanın fəaliyyəti barədə qanun 2020-ci ilin oktyabrında qəbul olunaraq, “Konstitusiyaya dəyişikliklər haqqında” qanuna uyğunlaşdırılıb. Sözü gedən konstitusiya qanunu 2021-ci il yanvarın 1-dən qüvvəyə minib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR