ÜST: COVID-19-un Uhanda yayılmasını təsdiqləmək üçün kifayət qədər sübut yoxdur

ÜST: COVID-19-un Uhanda yayılmasını təsdiqləmək üçün kifayət qədər sübut yoxdur
# 09 fevral 2021 14:55 (UTC +04:00)

Sars-Cov-2-nin 2019-cu ilin dekabrından əvvəl Uhanda yayılıb-yayılmadığını müəyyənləşdirmək üçün kifayət qədər sübut yoxdur.

APA-nın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19-un mənşəyini araşdırmaq üçün infeksiyanın ilk yayıldığı Çinin Uhan şəhərinə göndərilən araşdırma missiyası keçirdiyi mətbuat konfransında deyib.

Tədqiqat qrupunun rəhbəri Dr. Piter Ben Embarek 2019-cu ilin dekabrından əvvəl Uhan və ya digər ərazilərdə COVID-19-la bağlı sübut tapılmadığını söyləyib. Dr. Embarek qeyd edib ki, tədqiqatlarda yeni məlumatlar aşkarlanıb, lakin bu, COVID-19 epidemiyasının mənzərəsini kəskin şəkildə dəyişdirmir.

Dr. Embarek əlavə edib ki, virusun laboratoriyadan sızması fərziyyəsi COVID-19-un yayılması üçün inandırıcı deyil və virusun mənşəyini öyrənərkən bu fərziyyə ilə bağlı əlavə araşdırma olmayacaq.

Tədqiqatçılar bildirib ki, yarasalar və panqolinlər virusun ötürülməsi üçün potensial namizəddir, lakin bu növlərdə tapılan koronavirus nümunələri Sars-Cov-2 ilə eyni deyil.

Tədqiqatçılar qeyd edib ki, yarasaların mağaralarından götürülən nümunələr də indiyə qədər COVID-19-a səbəb olan virusun mövcudluğunu müəyyənləşdirməyə kömək etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR