Urmiya meri həbs olunub

Urmiya meri həbs olunub
  • Clock-gray 09:38
  • calendar-gray 12 Yanvar 2021

Urmiya meri İran təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya Şəhər Şurasının sözçüsü Hüseyn Pənahi açıqlamasında şəhər meri Məhəmməd Həzrətpurun İran təhlükəsizlik qüvvələri tərəfindən həbs olunduğunu bildirib. O, yalnız həbs xəbərini təsdiq edərək, məsələnin təfərrüatlarını şərh etməyib.                               

 Qeyd edək ki, son aylarda Urmiya şəhərinin ikinci və dördüncü rayonlarının icra başçıları, bir neçə müavin və mütəxəssis də həbs olunub.  

Süleyman Fərzəliyev

Digər xəbərlər