Van gölündə itkin düşənlərdən daha ikisinin meyiti tapılıb

Van gölündə itkin düşənlərdən daha ikisinin meyiti tapılıb
# 06 iyul 2020 11:10 (UTC +04:00)

Türkiyədə Van gölündə itkin düşənlərdən daha 2 nəfərin meyiti tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bununla da ölü sayı 11 nəfərə çatıb.

Qeyd edək ki, 9 gün öncə gecə saatlarında içərisində 55-60 nəfərin olduğu ehtimal edilən, qanunsuz miqrantları daşıyan gəmi Van gölündə batıb.

Hadisə ilə əlaqədar saxlanılan 11 nəfərdən 4-ü həbs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR