Vyetnamda güclü daşqınlar nəticəsində 5 nəfər ölüb, 25 nəfər yaralanıb

Vyetnamda güclü daşqınlar nəticəsində 5 nəfər ölüb, 25 nəfər yaralanıb
  • Clock-gray 06:24
  • calendar-gray 26 Aprel 2020

 

Vyetnamın şimalında intensiv yağan leysan yağışları nəticəsində güclü daşqınlar və torpaq sürüşməsi baş verib.

APA "Sputnik"-ə istinadən xəbər verir ki, üç gün ərzində 5 nəfər ölüb, 25 nəfər yaralanıb, bir neçə nəfər isə itkin düşüb.

Təbii Fəlakətlərin Qarşısının Alınmasına Nəzarət üzrə Mərkəzi Komitəsi Lai Çau əyalətində iki nəfərin həyatını itirdiyini, Ha Giang, Son La və Üen Bai əyalətlərinin hər birində isə bir nəfərin öldüyünü bildirib.

Ölkəyə təbii fəlakət nəticəsində 5.5 milyon dollar ziyan dəyib. On mindən çox ev və böyük əkin sahələri sel suları altında qalaraq yararsız vəziyyətə düşüb.

Yerli meteoroloqların proqnozuna görə, yağışlar bazar gününə qədər davam edəcək.

 

Rəşad Sarıyev

Digər xəbərlər