XİN sözçüsü: “İrana qarşı silah embarqosunun uzadılması təklifinin qəbul edilməməsi ABŞ-ın məğlubiyyətidir”

XİN sözçüsü: “İrana qarşı silah embarqosunun uzadılması təklifinin qəbul edilməməsi ABŞ-ın məğlubiyyətidir”
# 15 avqust 2020 10:50 (UTC +04:00)

İran BMT Təhlükəsizlik Şurasında ABŞ-ın bu ölkəyə qarşı silah embarqosunun uzadılması təklifini qəbul edilməməsini ABŞ üçün məğlubiyyət adlandırıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi “Twitter” səhifəsində yazıb ki, BMT-nin 75 illik tarixində heç vaxt olmayıb ki, ABŞ bu qədər təcrid vəziyyətə düşsün: “Bütün səfərlərə və təzyiqlərə baxmayaraq, ABŞ bir kiçik ölkəni belə özünə dəstəkçi edə bilmədi”.

A. Musəvi qeyd edib ki, İranın fəal diplomatiyası və Hərtərəfli Birgə Fəaliyyət Planının hüquqi möhkəmliyi ABŞ-ı artıq neçənci dəfədir ki, BMT TŞ-də məğlub edir.

Qeyd edək ki, ABŞ-ın İrana qarşı silah embarqosunun uzadılması ilə bağlı qətnaməsi BMT Təhlükəsizlik Şurasında lazımi sayda səs toplamayıb, əksər ölkə qətnamənin lehinə səs verməkdən imtina edib.

İki ölkə qətnamənin lehinə, iki ölkə əleyhinə səs verib, daha 11 ölkə bitərəf qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR