Xəlifə Haftarın ordusu Rusiya və Türkiyənin sülh çağırışlarına rəğmən Tripoli uğrunda müharibəni davam etdirəcək

Xəlifə Haftarın ordusu Rusiya və Türkiyənin sülh çağırışlarına rəğmən Tripoli uğrunda müharibəni davam etdirəcək
# 10 yanvar 2020 03:02 (UTC +04:00)

Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu (LMO) Rusiya və Türkiyənin Liviyada atəşkəs yaratmaqla bağlı təşəbbüsünü alqışlayır, ancaq bununla belə, Tripoli uğrunda döyüşləri davam etdirəcək.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə LMO komandanlığının yaydığı açıqlamada deyilir.

“LMO komandanlığı dost dövlətin rəhbəri, Rusiya Prezidenti Vladimir Putinin sülh yaratmaq istiqamətində təşəbbüsünü alqışlayır... və bəyan edir ki, silahlı qüvvələrin terror qruplaşmalarına qarşı müharibədəki səyləri davam edəcək”, - deyə açıqlamada qeyd olunur.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya ilə bağlı ortaq mövqedən razılığa gəliblər və bütün tərəfləri 12 yanvar tarixində saat 00:00-dan atəşi dayandırmağa və dərhal danışıqlar masasına oturmağa çağırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR