Xəlifə Haftarın ordusu Tripolinin mərkəzinə doğru hərəkət edir

Xəlifə Haftarın ordusu Tripolinin mərkəzinə doğru hərəkət edir
  • Clock-gray 03:20
  • calendar-gray 19 Dekabr 2019

Marşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu (LMO) ölkənin paytaxtı Tripolinin mərkəzi ən-Nahd rayonuna doğru hərəkət edir.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə LMO-nun mətbuat xidmətinin “Faebook”da yaydığı açıqlamada deyilir.

“Silahlı Qüvvələrin bölmələri ən-Nahd bölgəsinə doğru irəliləyir və Milli Razılıq Hökuməti qüvvələrinin geri çəkilməsindən sonra bir neçə yeni mövqe üzərində nəzarəti ələ keçirir. Bununla da həmin mövqelər silahlı qüvvələrimizin məntəqələrinə çevrilir”, - deyə açıqlamada qeyd olunur.

Açıqlamada hücumun aviasiya qüvvələri tərəfindən də dəstəkləndiyi də bildirilir.

apa-logo-mini

Digər xəbərlər