YUNİSEF Suriyanın şimal-qərbində yardım üçün 19 milyon dollara ehtiyac duyur

YUNİSEF Suriyanın şimal-qərbində yardım üçün 19 milyon dollara ehtiyac duyur
# 04 mart 2020 07:13 (UTC +04:00)

BMT-nin uşaq fondunun (UNICEF) Suriyanın şimal-qərbində humanitar yardımların göstərilməsi üçün 19 milyon dollara ehtiyacı var.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu YUNİSEF-in Yaxın Şərq və Şimali Afrika üzrə nümayəndəsi Culyet Tuma bildirib.

“Bizim vəsaitə indi ehtiyacımız var. Suriyanın şimal-qərbinə yardım çatdırılması ilə bağlı əlimizdən gələni edə bilməyimiz üçün YUNİSEF-də bizə 19 milyon dollar lazımdır”, - Tuma Ər-Riyadda 2-ci Beynəlxalq Humanitar Forumunda belə deyib.

Onun sözlərinə görə, həmin vəsait yalnız Suriyanın şimal-qərbi üçün lazımdır və qeyd edib ki, YUNİSEF Suriyada böyük humanitar əməliyyatlar həyata keçirir: “Bu, ölkədə uşaqların böyük humanitar ehtiyacı üçün zəruridir”.

Culyet Tumanın dediyinə görə, Suriyada köməyə ehtiyacı olan 5 milyon uşaq var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR