Yaponiya Bağdaddakı səfirliyini müvəqqəti bağlayıb

Yaponiya Bağdaddakı səfirliyini müvəqqəti bağlayıb
# 09 yanvar 2020 07:18 (UTC +04:00)

Yaponiya Xarici İşlər Nazirliyinin səyahət üzrə məsləhətçisi ölkəsinin Bağdaddakı səfirliyinin müvəqqəti olaraq bağlandığını bildirib.

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, məsləhətçi qeyd edib ki, təxliyə prosesi başa çatdıqdan sonra səfirliyin bağlanmasına qərar verilib.

Lakin Yaponiyanın Ərbildəki konsulluğunun fəaliyyətini davam etdirdiyini deyən XİN təmsilçisi İraqdakı bütün Yaponiya vətəndaşlarına bölgəni dərhal tərk etməyi tövsiyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR