Yaponiya F-35B qırıcılarının yerləşdirilməsi ilə bağlı qərar vermədiklərini bildirib

Yaponiya F-35B qırıcılarının yerləşdirilməsi ilə bağlı qərar vermədiklərini bildirib
# 05 aprel 2021 07:37 (UTC +04:00)

“ABŞ-dan alınan ilk F-35B qırıcılarının Yaponiya özünümüdafiə qüvvələri tərəfindən Miyazaki prefekturasındakı Nyutabaru bazasında yerləşdirilməsi barədə konkret qərar verilməyib”.

APA TASS-a istinadən xəbər verir ki, bunu mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin Baş katibi Katsunobu Kato açıqlamasında bildirib.

O əlavə edib ki, Hava Özünümüdafiə Qüvvələri bazasının F-35B üçün bir yer olaraq qəbul edildiyi eşidilib, lakin bu mövzuda konkret qərarların verilməsindən xəbərdar deyillər.

Xatırladaq ki, aprelin 4-də, “Yomiuri” milli qəzeti Yapon özünümüdafiə qüvvələrinin ABŞ-dan satın aldığı ilk F-35B döyüş təyyarələrini ölkənin cənub-qərbindəki Miyazaki əyalətində yerləşən Nyutabaru bazasına yerləşdirmək niyyətində olduğunu yazmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR