Yaponiya sahillərində 5,8 maqnitudalı zəlzələ olub

Yaponiya sahillərində 5,8 maqnitudalı zəlzələ olub
# 31 may 2020 04:00 (UTC +04:00)

Yaponiyanın şərq sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

APA "TASS"-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Xidmətinin məlumatında deyilir.

Məlumata görə, zəlzələ Qrinviç vaxtı ilə 18:13-də (Bakı vaxtı ilə 22:13) qeydə alınıb. Zəlzələnin episentri Hokkaydo adasında yerləşən Kuşiro şəhərindən 70 kilometr cənub-qərbdə, ocağı isə 93,9 kilometr dərinlikdə yerləşirib.

Yeraltı təkanlar nəticəsində tələfat və dağıntılar barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR